Avrozonada pərakəndə satış həcmi azalıb | Banco.az

Avrozonada pərakəndə satış həcmi azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada pərakəndə satışlarda azalma müşahidə olunub.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) avqust ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın pərakəndə satış məlumatlarını dərc edib.

Buna görə, avqust ayı ərzində Avrozonada pərakəndə satışlar iyul ayı ilə müqayisədə 1,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,1 faiz azalıb. İqtisadçıların proqnozu aylıq 0,5 faiz və illik 1 faiz azalma olacağı istiqamətində idi.

Aİ-də isə pərakəndə satışlar avqust ayında əvvəlki aya nəzərən 0,9 faiz, ötən ilin eyni dövrünə nəzərən isə 2 faiz azalıb.

Aİ ölkələri arasında avqust ayında pərakəndə satışlarda ən böyük aylıq azalma 3 faizlə Portuqaliyada, 2,8 faizlə Fransada və 1,5 faizlə Belçikada müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et