Avrozonada iqtisadi artım proqnozları doğrultmayıb | Banco.az

Avrozonada iqtisadi artım proqnozları doğrultmayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonanın III rüb üzrə iqtisadi artımı proqnozları doğrultmayıb.

Banco.az xəbər verir ki, Avrozona iqtisadiyyatı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,2 faiz artıb ki, bu da, 1% artım gözləyən ekspertlərin proqnozlarından xeyli aşağıdır.

Avropa Statistika İdarəsi (Avrostat) 2022-ci ilin III rübündə Avropa İttifaqı (Aİ) və Avrozona üzrə artım templəri ilə bağlı əsas göstəriciləri dərc edib.

Buna görə, 19 üzvlü Avro regionunda mövsümi təsirlərin kənarlaşdırıldığı Ümumi Daxili Məhsul (ÜDM) üçüncü rübdə ötən rüblə müqayisədə 0,2 faiz artıb. Proqnozlar isə 1% artıma işarə edirdi.

ÜDM artımı ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,1 faiz hesablanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Avropa İttifaqında (Aİ) isə mövsümi təsirlərin kənarlaşdırıldığı ÜDM üçüncü rübdə rüblük əsasda 0,2%, illik əsasda 2,4% artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et