Avrozonada inflyasiya tempi gözləniləndən daha çox zəifləyib | Banco.az

Avrozonada inflyasiya tempi gözləniləndən daha çox zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada illik inflyasiya ötən ay dəyişməz qalıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozona ölkələrinin mart ayı üzrə aparıcı inflyasiya məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, fevral ayında 2,6 faiz olan illik inflyasiya mart ayında 2,4 faiz olub. Aylıq inflyasiya isə 0,8 faiz təşkil edib.

Bazar proqnozları Avrozonada illik inflyasiyanın mart ayında 2,5 faiz olacağı istiqamətində idi.

Region ölkələrində bu dövrdə baza inflyasiyası illik 2,9 faiz, aylıq isə 0,9 faiz səviyyəsində hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avrozonada inflyasiyanın gözləniləndən daha çox zəifləməsi Avropa Mərkəzi Bankının (ECB) iyun ayında faiz dərəcələrini aşağı salması ehtimalını gücləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et