Avrozona üçün "çətin vəziyyət" xəbərdarlığı | Banco.az

Avrozona üçün "çətin vəziyyət" xəbərdarlığı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) Avrozona iqtisadiyyatındakı çətin şərtlərə diqqət çəkib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) vitse-prezidenti Luis de Qindos xəbərdarlıq edib ki, Avrozonanın üzləşdiyi çətin iqtisadi şərtlər həm fərdləri, həm də şirkətləri sınaqdan keçirəcək.

Bu barədə vitse-prezident dünən bankın rəsmi saytında dərc olunan müsahibəsində bildirib.

O, faiz qərarlarının hər iclasda məlumatlara əsaslanaraq qiymətləndiriləcəyi ilə bağlı əvvəlki bəyanatını təkrarlayıb. Qısamüddətli tənəzzül gözlədiyini ifadə edən Qindos gələn ilin ikinci rübündən etibarən iqtisadiyyatın yenidən artım göstərəcəyini də proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et