Avrozona iqtisadiyyatında həyəcan təbili çalır | Banco.az

Avrozona iqtisadiyyatında həyəcan təbili çalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Satınalma Menecerləri İndeksinə (PMI) görə, Avrozonada xidmət və istehsal indeksləri oktyabr ayında da azalmağa davam edib.

Banco.az xəbər verir ki, "S&P Global" məlumatlarına görə, Avrozonada aparıcı istehsal PMI indeksi oktyabrda 48,4-dən 46,6-ya enərək ötən 29 ayın ən aşağı səviyyəsinə düşüb.

Xidmətlər PMI proqnozlara uyğun olaraq 48,8-dən 48,2-ə düşüb. Kompozit PMI isə 48,1-dən 47,1-ə geriləyib ki, proqnozlar 47,6-nı göstərirdi.

Xatırladaq ki, ötən həftə açıqlanan göstəricilərə görə, regionda sentyabr ayı üzrə inflyasiya 9,9 faizlə yeni rekorda imza atmışdı.

Avrozonanın 2 ən böyük iqtisadiyyatında pisləşmə davam edib

Almaniyada istehsal PMI indeksi oktyabrda 45,7 olub ki, proqnoz 47 idi. Xidmətlər PMI isə proqnozlara uyğun olaraq 44,9-a düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Fransada xidmətlər PMI 51,3-ə düşüb, istehsal PMI isə 47,4 hesablanıb. Bu göstərici üzrə proqnoz 47 idi.

Qeyd edək ki, indekslərin 50-dən aşağı olması sektorda daralma olduğunu göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et