Avrozona iqtisadiyyatı yaxşılaşmağa doğru gedir | Banco.az

Avrozona iqtisadiyyatı yaxşılaşmağa doğru gedir

Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı aprel ayında bir qədər artım göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avrozonada iqtisadiyyat karantin tədbirlərinin başa çatması və xidmət sektorunun canlanması ilə artım tempinə keçib. Bununla belə, istehsal sektorunda geriləmə müşahidə edilməkdədir. 

Avropanın iki ən böyük iqtisadiyyatına sahib ölkəsi Fransa və Almaniyada xidmət sektoru üzrə Satınalma Menecerleri İndeksi (PMI) proqnozları üstələyib. "S&P Global"ın məlumatına görə, Avrozonada mürəkkəb PMI 59,9-dan 55,8-ə yüksələrək ötən yeddi ayın maksimumuna çatıb.

Xatırladaq ki, indekslərin 50-dən yuxarı dəyər qazanması sektorda inkişaf tempindən xəbər verir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et