Avropada təbii qazın qiyməti ucuzlaşdı | Banco.az

Avropada təbii qazın qiyməti ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Avropada təbii qazın qiyməti "Rusiya ümidləri" fonunda ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropada təbii qazın qiyməti Rusiyadan idxalın artırılacağına dair gözləntilər fonunda bazar ertəsi 8% ucuzlaşıb. 

Rusiya Baş Nazirinin müavini Aleksandr Novak həftə sonu etdiyi açıqlamada ölkəsinin Avropaya daha çox təbii qaz satmaqda maraqlı olduğunu, ancaq Avropa İttifaqına üzv ölkələrdən hələ ki, bu barədə heç bir tələb irəli sürülmədiyini bildirmişdi.

Qeyd edək ki, Avropada yaxın günlərdə havaların isti keçəcəyinə dair proqnozlar da qiymətlərin ucuzlaşmasına öz təsirini göstərib. Hazırda təbii qazın bir meqavat-saatı 86.2 avroya geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et