Avropada mənzillərin qiyməti bahalaşıb | Banco.az

Avropada mənzillərin qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-də mənzillərin qiyməti ötən ilin III rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Bürosu (Avrostat) 2022-ci ilin üçüncü rübündə Avropa İttifaqı (Aİ) ölkələrində mənzil qiymətlərindəki dəyişikliklərlə bağlı məlumatları açıqlayıb.

Bu məlumatlara görə, Aİ-də mənzillərin qiyməti ötən ilin III rübündə əvvəlki rüblə müqayisədə 0,9 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 7,4 faiz artıb.

Eyni dövrdə Avrozona ölkələrində isə mənzil qiymətləri əvvəlki rübə görə 1faiz , əvvəlki ilə görə isə 6,8 faiz artım göstərib.

Aİ-yə üzv ölkələri arasında üçüncü rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə mənzil qiymətlərində ən yüksək artım 24,2 faizlə Estoniyaya məxsudur. Onu 21 faizlə Macarıstan, 19,3 faizlə isə Litva izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et