Avropada investor inamı 2 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Avropada investor inamı 2 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada investor inamı 2 ilin maksimumuna çatıb.

Banco.az xəbər verir ki, bazar araşdırmaları aparan və baş ofisi Frankfurtda yerləşən “Sentix” aprel ayı üzrə Avrozonanın ümumi İnvestor İnam İndeksi məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, mart ayında mənfi 10,5 punkt olan indeks mənfi 5,9 punkta yüksəlib.

2022-ci ilin fevral ayından bu yana ən yüksək səviyyəyə çatan indeksin mənfi 8,5 punkta yüksələcəyi gözlənilirdi.

İnvestorların gələcək 6 ay üçün gözləntilərini ölçən Proqnozlar İndeksi mənfi 2,3 punktdan 5 punkta yüksələrək 2022-ci ilin fevralından bu yana ən yüksək səviyyəsinə çatıb. 

Cari Vəziyyət İndeksi də ardıcıl olaraq altıncı aydır ki, yüksəlişini davam etdirərək mənfi 18,5 punktdan mənfi 16,3 punkta yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

“Avrozonada və bütün dünyada iqtisadiyyatın bərpası davam edir. İqtisadi göstəricilər beynəlxalq səviyyədə də sabitləşir”, “Sentix”in açıqlamasında deyilir.

Qeyd edək ki, sorğu aprelin 4-6-da 1201 investorun iştirakı ilə keçirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et