Avropa rus almazlarına qadağa qoyur: Qiymətlər yüksələ bilər | Banco.az

Avropa rus almazlarına qadağa qoyur: Qiymətlər yüksələ bilər

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

G7 ölkələri indi də Rusiya almazlarını boykot etməyə hazırlaşırlar.

Banco.az xəbər verir ki,  qərara əsasən yanvarın 1-dən yerli daşların tədarükü qadağan olunacaq, martın 1-dən isə üçüncü ölkələrdə emal olunmuş rus almazlarının tədarükünün izlənməsi və məhdudlaşdırılmasına başlanılacaq.Vəziyyəti dəyərləndirən mütəxəssislər əmindirlər ki,  bu qərar əsasən çəkisi 1 karatdan çox olan investisiya daşlarına təsir edəcək. Çünki bazarın əsas hissəsi daha kiçik brilyantlardan ibarətdir. İqtisadçılar hesab edir ki, sanksiyalar dünya bazarında qiymətlərə təsir edə bilər. Hətta Rusiya şirkətləri bu qərardan sonra dövriyyələrinin bir hissəsini itirə bilərlər.  

İqtisadçıların fikirlərinə görə, bu sanksiyalar Rusiyanın Asiya, Afrika və Latın Amerikası ölkələrinə olan almaz ixracına təsir etməyəcək.  Çünki Rusiya almazları dolayı yollarla da olsa Avropa bazarlarına daxil olacaq:

“İstənilən halda dünya almazlarının 90 faizinin kəsildiyi Hindistanda rus daşlarının emalına heç kim qadağa qoya bilməz və heç kim qadağan etmək fikrində deyil. Qərb ölkələri yalnız Avropa İttifaqına tədarükün qadağan edilməsində israrlıdır”, – deyə Finam Maliyyə Qrupunun analitiki Aleksek Kaçalov deyib. 
Ekspert qeyd edib ki, bununla belə, daşların mənşəyini izləmək xərcləri Hindistanın Rusiya daşlarını endirimlə almasına səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bu proseslərdən sonra emal edilən Avropa bazarlarına çıxarılacaq. Nəticədə brilyantların və onlardan hazırlanan zinət əşyalarının qiyməti 10-30 faiz arta bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et