Avropa Mərkəzi Bankı faiz qərarını nə vaxt açıqlayacaq? | Banco.az

Avropa Mərkəzi Bankı faiz qərarını nə vaxt açıqlayacaq?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) faiz qərarı investorların gündəm mərkəzindədir.

Banco.az xəbər verir ki, ECB-nin "şahin" addımlarla hərəkət etdiyi dövrdə investorların narahat bazar təqibi davam edir. Bəs böyük maraqla gözlənilən faiz qərarı nə vaxt elan ediləcək?

Avropa Mərkəzi Bankı (ECB) Pul Siyasəti Komitəsinin faiz iclasının təqvimi açıqlanıb.

Buna görə, iyulun 27-də ECB-nin uçot dərəcəsi ilə bağlı iclas keçiriləcək. Faiz qərarı isə iclasdan sonra Bakı vaxtı ilə saat 16:15-də elan olunacaq.

Qeyd edək ki, 14-15 iyun tarixlərində ECB İdarə Heyətinin keçirdiyi pul siyasəti iclasının xülasə mətnində faiz artımının davam etdirilməsinin qiymətləndirildiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et