Avropa Mərkəzi Bankı 2 faizlik inflyasiya hədəfinə çatacaqlarını bəyan edib | Banco.az

Avropa Mərkəzi Bankı 2 faizlik inflyasiya hədəfinə çatacaqlarını bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Laqard: 2 faiz inflyasiya hədəfinə nail olacağıq.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard 2 faizlik inflyasiya hədəfinə çatacaqlarına əmin olduğunu bildirib.

Kristin Laqard “La Tribune Dimanche” nəşrinə müsahibəsində bu barədə danışıb.

Xatırladaq ki, ötən ay ECB ardıcıl 10-cu dəfə borclanma xərclərini artırıb və depozit faizini rekord səviyyəyə - 4 faizə çatdırıb. Əksər siyasətçilər inflyasiyanın hədəfə çatdırılması üçün bu səviyyəni bir müddət saxlamağın kifayət edəcəyini desələr də, daha şahin mövqeli olanlar isə əlavə artımların lazım ola biləcəyini söyləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et