Avropa İttifaqında ötən ay yeni avtomobillərin satışı artıb | Banco.az

Avropa İttifaqında ötən ay yeni avtomobillərin satışı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa avtomobil bazarı tədarük zənciri problemlərinin öhdəsindən gəldikdən sonra, ötən ay Avropa İttifaqında (Aİ) ümumi avtomobil satışları illik 6,7 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) noyabr ayı üzrə Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, Aİ ölkələrində yeni avtomobil satışları ötən ay 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 885 min 581 ədədə çatıb.

Beləliklə, Avropa avtomobil bazarı tədarük zənciri problemlərinin öhdəsindən gələrkən, Aİ ölkələrində avtomobil satışları ötən 16 ay ərzində artmağa davam etmişdir.

Aİ-də avtomobil satışları yanvar-noyabr dövründə isə ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 faiz artaraq 10 milyona yaxınlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Yanacaq növlərinə nəzər salsaq, benzinlə işləyən avtomobillər noyabr ayında da populyarlığını davam etdirib. Belə ki, noyabrda Aİ ölkələrində satılan yeni avtomobillərin 32,7 faizi benzin, 27,4 faizi hibrid, 12,2 faizi dizel, 16,3 faizi tam elektrik, 8,1 faizi plug-in hibrid, 3,3 faizi isə digər yanacaqlardan ibarət olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et