Avropa İttifaqı ötən il Ukraynadan 45 milyon ton taxıl ixrac edib | Banco.az

Avropa İttifaqı ötən il Ukraynadan 45 milyon ton taxıl ixrac edib

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı 2022-ci ildə Ukraynadan 45 milyon ton taxıl ixrac edib.

Banco.az xəbər verir ki, Kiyevdə keçirilən Aİ-Ukrayna sammitinin birgə bəyanatında müvafiq ixracın cari ildə də davam etdiriləcəyi planlaşdırılır. Eyni zamanda quru və çay yolu ilə həyata keçirilən ixracın tərəflər üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb. Bundan başqa Ukraynanın bu ixraclar sayəsində təxminən 20 milyard avro gəlir əldə etdiyi qeyd olunub.

Sammit iştirakçıları sərhədyanı nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolunun imkanlarının genişləndirilməsi məqsədilə nəqliyyat operatorlarına zəruri maliyyə dəstəyi göstərməyi qərara alıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et