Avropa İttifaqı İspaniyaya 83 milyard avro kredit ayırıb | Banco.az

Avropa İttifaqı İspaniyaya 83 milyard avro kredit ayırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası İspaniyanın İttifaqın bərpa proqramından 83 milyard avro kredit almasını təsdiqləyib.

Banco.az xəbər verir ki, Avropa Komissiyası 800 milyard avro dəyərindəki "Yeni Nəsil Aİ" adlı bərpa proqramı çərçivəsində fondlarda İspaniyanın tələb etdiyi dəyişiklik planının təsdiqləndiyini bəyan edib.

Bəyanatda İspaniyanın ölkə proqramında, xüsusilə, Rusiyadan qalıq yanacaq asılılığının azaldılması və enerji təchizatı təhlükəsizliyinin artırılması ilə bağlı dəyişikliklər etdiyi bildirilib.

İspaniyanın bərpa proqramı çərçivəsində 83 milyard avroluq kredit almasının məqsədəuyğun hesab edildiyi vurğulanan bəyanatda bu ölkəyə həmçinin 80 milyard avro əlavə qrant veriləcəyi və ümumi dəstəyin 163 milyard avroya çatacağı qeyd olunub.

Bu mərhələdən sonra yeni kreditin Aİ-yə üzv dövlətlər tərəfindən təsdiqlənməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Avropa Komissiyası üzv ölkələrin pandemiya və sonrakı iqtisadi problemlərə qarşı bərpasını təmin etmək məqsədilə 800 milyard avroluq bərpa proqramı başlatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et