Avropa İttifaqı ilə Almaniya daxili yanma mühərrikləri ilə bağlı razılıq əldə ediblər | Banco.az

Avropa İttifaqı ilə Almaniya daxili yanma mühərrikləri ilə bağlı razılıq əldə ediblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ və Almaniya daxili yanma mühərrikləri ilə bağlı razılığa gəliblər.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə Almaniya arasında 2035-ci ildən etibarən benzin və dizel mühərrikli yeni avtomobillərin satışına qadağa qoyulması cəhdi ilə bağlı mübahisə öz həllini tapıb.

Bu barədə Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Frans Timmermans sosial media hesabından yayımladığı açıqlamada bildirib.

Açıqlamada, “Gələcəkdə avtomobillərdə elektron yanacaqların istifadəsi ilə bağlı Almaniya ilə razılığa gəldik”, sözlərinə yer verilib.

Avtomobillərə yeni karbon standartları gətirəcək tənzimləmənin ən qısa zamanda qəbulu üçün çalışacaqlarını ifadə edən Timmermans Komissiyanın lazımi hüquqi prosesləri tamamlayacağını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, keçən ay Avropa Parlamentinin (AP) Baş Assambleyasında qəbul edilən və qüvvəyə minməsi üçün Aİ-yə üzv dövlətlər tərəfindən rəsmən təsdiqlənməli olan tənzimləmə 2035-ci ildən etibarən satılacaq yeni avtomobillərin və yüngül kommersiya vasitələrinin emissiyasız olmasını tələb edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et