Avropa İttifaqı əməkdaşlarının süni intellektdən istifadəsinə məhdudiyyət qoyub | Banco.az

Avropa İttifaqı əməkdaşlarının süni intellektdən istifadəsinə məhdudiyyət qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Komissiyası əməkdaşlarından vacib əhəmiyyətli işlərdə süni intellekt alətlərindən istifadə etməməyi xahiş edib.

Banco.az xəbər verir ki, Avropa Komissiyası son vaxtlar geniş yayılmış ChatGPT və Bard kimi müxtəlif süni intellekt texnologiyalarının istifadəsini məhdudlaşdıran yeni qaydalar hazırlayıb.

Yeni qaydalar işçilərə onlayn süni intellekt alətlərinin riskləri və məhdudiyyətləri, eyni zamanda onlardan Komissiyanın iş fəaliyyətlərində təhlükəsiz istifadə ilə bağlı kömək etmək üçün nəzərdə tutulub.

Yeni qaydalar çərçivəsində süni intellekt alətindən istifadə əsnasında ictimai olmayan məlumatlar paylaşılmayacaq və ya açıqlanmayacaq. Bununla yanaşı, süni intellektin əqli mülkiyyət hüquqlarını pozub-pozmamasına da diqqət yetiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Aİ strukturu çərçivəsində bu tənzimləmə üzrə işlər davam etdirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et