Avropa İttifaqı "ChatGPT"nin yoxlanışını həyata keçirəcək | Banco.az

Avropa İttifaqı "ChatGPT"nin yoxlanışını həyata keçirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) "ChatGPT"nin yoxlanışını həyata keçirəcək.

Banco.az xəbər verir ki, Avropa Məlumatların Mühafizəsi Şurası üzvlərin son iclasında İtaliya Məlumat Mühafizəsi Agentliyinin “ChatGPT” xidməti ilə bağlı “OpenAI”ə qarşı qəbul etdiyi son sanksiya tədbirini müzakirə etdiklərini açıqlayıb.

“Avropa Məlumatların Mühafizəsi Şurası əməkdaşlığın təkmilləşdirilməsi və məlumatların mühafizəsi orqanları tərəfindən görülən mümkün icra tədbirləri haqqında məlumat mübadiləsinin aparılması üçün xüsusi tapşırıq qrupu yaratmaq qərarına gəlib” - bəyanatda deyilir.

Xatırladaq ki, şura keçən ay ABŞ-da yerləşən “OpenAI”nin “ChatGPT” süni intellekt çatbotunda şəxsi məlumatların toplanması qaydalarının pozulması şübhəsi ilə bağlı araşdırmaya başlayarkən proqrama girişi dayandırmışdı. Fransa və İrlandiyadakı məlumatların mühafizə orqanları da öz tapıntılarını müzakirə etmək üçün İtaliya Məlumatların Mühafizəsi Agentliyi ilə əlaqə saxladıqlarını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et