Avropa İttifaqı bu avtomobil şirkətlərinə 1 milyard dollar cərimə kəsdi | Banco.az

Avropa İttifaqı bu avtomobil şirkətlərinə 1 milyard dollar cərimə kəsdi

Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) "Volkswagen" və "BMW"ə yeni dizel avtomobillərdən qaynaqlanan emissiyanın azaldılması üzrə rəqabətə dair Aİ anti-inhisar qaydalarının pozulması səbəbilə ümumilikdə 875 milyon avro (1 milyard dollar) pul cəzası tətbiq edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Aİ məsələ ilə bağlı e-mail vasitəsilə etdiyi açıqlamada Alman avtomobil istehsalçıları "Volkswagen" və "BMW"nin müvafiq olaraq 502 milyon avro və 373 milyon avro cərimələndiyini bildirilib.

Qeyd edək ki, "BMW"ə tətbiq edilən cərimə, əslində gözlənilən aşağı olub ki, şirkət may ayında cərimə ilə bağlı razılığa gəlmək istədiklərini elan etmişdi.

Sözügedən cərimədən sonra "Volkswagen" şirkətinin səhmləri Frankfurt birjasında 1,4%, "BMW" şirkətininki isə 1,3% dəyər itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et