Avropa İttifaqı Belçikaya 700 milyon avro vergi tətbiq edəcək | Banco.az

Avropa İttifaqı Belçikaya 700 milyon avro vergi tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) məhkəməsi Belçikanın transmilli şirkətlərə verdiyi vergi güzəştlərinin qanunsuz olduğuna qərar verib.

Banco.az xəbər verir ki, baş qərargahı Lüksemburqda yerləşən və Avropa İttifaqının (Aİ) ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturunda yerləşən Ümumi Məhkəmə Belçikanın vergi tətbiqlərinə görə aldığı cəriməyə qarşı Avropa Komissiyasına qarşı qaldırdığı iddiaya dair qərar qəbul edib.

Belə ki, məhkəmə Belçikanın transmilli şirkətlərin törəmə şirkətlərinə verdiyi vergi güzəştlərinin qeyri-qanuni yardım proqramına bərabər olduğuna qərar verib.

Qərarda məhkəmənin 2016-cı ildə Avropa Komissiyasının Belçikadakı vergi sisteminin ittifaqın ictimai dəstək qaydalarını pozduğuna dair qərarını təsdiqlədiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2005-ci ildə Belçikada başladılan və transmilli şirkətlər üçün mövcud olan vergidən azadetmə sistemi 2016-cı ildə Avropa Komissiyası tərəfindən qeyri-qanuni hesab edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et