Avropa İttifaqı Almaniyanın yaşıl enerji layihəsinə razılıq verib | Banco.az

Avropa İttifaqı Almaniyanın yaşıl enerji layihəsinə razılıq verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Almaniyanın külək və günəş kimi müxtəlif bərpa olunan enerji investisiyaları üçün 28 milyard avroluq dövlət dəstəyini təsdiqləyib.

Banco.az cxəbər verir ki, Avropa Komissiyası Almaniyanın müxtəlif bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının dəstəklənməsi proqramı üzrə nəzərdə tutulan dəyişikliklərin təsdiqləndiyini elan edib.

Yayılan bəyanatda Almaniyanın bərpa olunan enerji sahəsində mövcud dəstək proqramının əhatə dairəsini genişləndirməyi və onun müddətini 2026-cı ilin sonuna qədər uzatmağı planlaşdırdığı bildirilib.

Bəyanatda həmçinin Almaniyanın iqlim hədəflərinə uyğun olaraq günəş, külək və biometan kimi bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin payını 2030-cu ilə qədər 80 faizə çatdırmağı hədəflədiyi və bu səbəbdən ölkənin ümumilikdə 28 milyard avroluq dəstək proqramı hazırladığı vurğulanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Aİ-yə üzv ölkələrin dövlət dəstəyini necə təmin edəcəklərini təyin etmək səlahiyyəti Avropa Komissiyasının səlahiyyətlərinə aiddir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et