Avropa enerji böhranı zamanı kömürdən istifadəyə yönəlib | Banco.az

Avropa enerji böhranı zamanı kömürdən istifadəyə yönəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-nin kömür istehlakı ötən il əvvəlki ilə nisbətən 6,5 faiz artıb.

Banco.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində yeni səviyyəyə keçən enerji böhranı Avropa ölkələrində ictimaiyyətin kömürə qarşı ekoloji təzyiqini azaldıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) illik "Kömür 2022" hesabatına görə, 2022-ci ildə qlobal kömür istehlakı əvvəlki ilə nəzərən 1,2 faiz artarkən, Aİ-də bu artım 6,5 faizə çatıb.

Beləliklə, 2021-ci ildə 449 milyon ton olan Aİ ölkələrinin kömür istehlakı 2022-ci ildə 478 milyon tona yüksəlib. Bu artımda elektrik enerjisi istehsalında istifadə olunan kömürə tələbatın artması təsirli olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2021-ci ildə 332 milyon ton olan Aİ ölkələrinin ümumi kömür hasilatı da 2022-ci ildə 7,3 faiz artaraq 357 milyon tona çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et