Avro yenidən bahalaşa bilər | Banco.az

Avro yenidən bahalaşa bilər

Beynəlxalq maliyyə bazarlarında AMB-nin açıqlamalarında sonra bahalaşan avro, digər tərəfdən qlobal böhranlar fonunda da təzyiq görməkdədir.

Avropa mərkəzi bankının (AMB) açıqlamalarından sonra avro 1.11 $-da dəstək görərək, 1.1180 $-a kimi bahalaşıb. EUR/USD məzənnəsi sonuncu səviyyənin üzərində möhkəmlənərsə, 1.1266$-a kimi də bahalaşa bilər. 

Bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın iqtisadi inkişafına dair açıqlanacaq ilkin proqnozlar da avronun bahalaşmasına səbəb ola bilər. ABŞ-da inkişaf sürətinin 1.8%-ə kimi azalması proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Cənubi Koreya ilə Yaponiya arasında ticarət böhranı, Şimali Koreyanın yeni raket sınaqları, Tramp ətrafında daxili siyasi risklər, sazişsiz Breksit ehtimalları və ABŞ ilə Çin arasında gələn həftə başlayan danışıqların yeni mərhələsi fonunda qeyri-müəyyənliklər də investorların diqqət mərkəzindədir. 

Beynəlxalq siyasi və iqtisadi risklərin artması, digər tərəfdən dollara olan tələbi də artırır. Avro kimi aparıcı valyutaların dollara nisbətən məzənnələri təzyiq altında qalır. 

InvestAz

Ən sərfəli krediti almaq üçün müraciət et