"Avro və funt sterlinq bahalaşa bilər" | Banco.az

"Avro və funt sterlinq bahalaşa bilər"

Dünya birjalarında EUR/USD və GBP/USD məzənnələrinin yenidən bahalaşma biləcəyi ehtimalları investorların diqqət mərkəzindədir.

Avropa Mərkəzi Bankı ilə Almaniya Mərkəzi Bankının yumşaq pul-kredit siyasəti ilə bağlı fikirlərinin üst-üstə düşməməsi ətrafında böhran getdikcə dərinləşir və Avrozona iqtisadiyyatının zəifləməsində də özünü göstərir. 

Kristin Laqardın bankın strategiyasının yenidən araşdırılmasını başlatması isə maliyyə bazarlarında almanlarla münasibətlərdə vaxt qazanması kimi başa düşülür. 

Almaniya Mərkəzi Bank sədri isə bazar ertəsi çıxışı zamanı yumşaq monetar siyasətin dayandırılması tələbini bir daha vurğulayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bu, qısa müddətli perspektivdə avroya dəstək ola bilər və təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.10$-ın üzərində qaldıqca, bahalaşma keçən həftənin maksimumunun qırılması ilə nəticələnə bilər. 

GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir və qiymət 1.30$-ın üzərində qaldıqca, 1.32$-a kimi bahalaşa bilər. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et