Avro risklərin artması ilə ucuzlaşır | Banco.az

Avro risklərin artması ilə ucuzlaşır

Beynəlxalq birjalarda qlobal risklərə dair ehtimalların artması, avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərinin ucuzlaşmasına təsir edir.

 

EUR/USD məzənnəsində ucuzlaşma

Beynəlxalq valyuta birjalarında cari həftə ərzində böyük maraqla gözlənilən göstəricilər öncəsi EUR/USD məzənnəsi ucuzlaşaraq, 1.13$-ın altında ticarət edilməkdədir və sözügedən səviyyənin altında qalarsa, 1.12$-a kimi 0.3% ucuzlaşa bilər.

 

Avrozonadan sənaye istehsalı göstəricilər açıqlanacaq

Bu, bu gün Bakı vaxtı ilə saat 13:00-da Avropadan açıqlanacaq sənaye istehsalı ilə bağlı önəmli fundamental göstəricilərdir. Statistik məlumatların mənfi açıqlanması proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

 

Dünyada siyasi və iqtisadi risklər diqqət mərkəzində

Avropa və dünya ticarətində risklərin artması, xüsusilə də ABŞ ilə Çin arasında ticarət böhranı danışıqlarının dayanması, aparıcı valyutaların qiymətlərində keçən həftə ərzində müşahidə edilən bahalaşmanın davam edə biləcəyini sual altına qoyur.

 

Foreks bazarlarında dollar, əlvan metallar birjalarında qızıl bahalaşır

Beləliklə, valyuta birjalarında dollara tələb artmaqla yanaşı, əlvan metallar bazarlarında qızıl da bahalaşır. Təhlillərə əsasən, qızılın bir unsiya üzrə qiyməti 1335$ ətrafında dalğalanmaqdadır və 1356 və 1366$-a kimi də dəyər qazana bilər.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et