Avro hansı ölkələrin pul vahididir? | Banco.az

Avro hansı ölkələrin pul vahididir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Avro Avropa İttifaqının (Aİ) rəsmi pul vahididir və Avropa qitəsində yaşayan təxminən 350 milyon insanın istifadə etdiyi ümumi valyutadır.

Banco.az xəbər verir ki, dünyada ehtiyat valyuta kimi ABŞ dollarından sonra ən çox istifadə edilən ikinci valyuta olan avro Avropa Mərkəzi Bankı (ECB) tərəfindən çap olunur.

Bəs neçə ölkə avrodan istifadə edir?

Avropada rəsmi valyuta kimi avrodan istifadə edən 24 ölkə var. Bu ölkələrdən 20-i Avropa İttifaqının (Aİ) üzvü olduğu halda, 4-ü (Andorra, Monako, San Marino və Vatikan) Avropa İttifaqının üzvü deyil. Aİ-nin bütün üzv dövlətləri də hazırda Avrozonaya daxil deyil. Avrozonada olmayan digər Aİ üzvü ölkələr iqtisadi kriteriyalara cavab verdikdən sonra Avrozonaya daxil olmalıdırlar. (Danimarka istisna olmaqla).

Həmçinin oxu: 

Ən dəyərli valyutalar hansılardır? - Siyahı

Ən dəyərsiz valyutalar hansılardır? - Siyahı

Avrodan istifadə edən Aİ-i üzvü ölkələr aşağıdakılardır:

  1. Almaniya
  2. Avstriya
  3. Belçika
  4. Estoniya
  5. Finlandiya
  6. Fransa
  7. Niderland
  8. Xorvatiya
  9. İrlandiya
  10. İspaniya
  11. İtaliya
  12. Kipr
  13. Latviya
  14. Litva
  15. Lüksemburq
  16. Malta
  17. Portuqaliya
  18. Slovakiya
  19. Sloveniya
  20. Yunanıstan

Qeyd edək ki, bu ölkələrlə yanaşı valyutalarını avroya sabitləyən ölkələr də var. Monteneqro və Kosovo isə Aİ ilə müqavilə imzalamadan avrodan istifadə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et