ATB kartdan karta köçürmələr üçün niyə limit qoyub? – Bankdan açıqlama | Banco.az

ATB kartdan karta köçürmələr üçün niyə limit qoyub? – Bankdan açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Bir neçə gündür, “Azər Türk Bank” (ATB) “card to card” əməliyyatlarını məhdudlaşdırıb.

Bu barədə yayılan məlumata görə, ATB həmin əməliyyatlar üzrə günlük və aylıq limit müəyyən edib.

Sözügedən yeni qayda ilə “Azər Türk Bank”ın mövqeyini öyrəndik.

Bu barədə bankdan Banco.az-a bildirilib ki, limitin tətbiqində məqsəd bəzi müştərilər tərəfindən sui-istifadə hallarının qarşısını almaqdır:

“Bankımıza aid atb debit və kredit kartları vasitəsilə C2C əməliyyatları üzrə aparılan təhlillər onu deməyə əsas verir ki, bu tip əməliyyatlara say limitinin olmaması bəzi müştərilər tərəfindən sui-istifadə hallarına gətirib çıxarır. "Azər Türk Bank"ın aidiyyəti strukturları tərəfindən bir sıra şübhəli əməliyyatlar təhlil edilmiş, çox sayda vergidən yayınma hallarının olduğu aşkar olunmuş, eləcə də bir sıra dələduzluq hallarının qarşısı alınmışdır. Bunları nəzərə alaraq, bu tip əməliyyatlara xüsusi diqqət ayrılmış, əməliyyatların sayına limit təyin edilmişdir. Təyin olunan limit Bank mütəxəssisləri tərəfindən bu sahədə statistik göstəricilərimizə əsaslanaraq müəyyənləşdirilmişdir".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bank müştəriləri limit müəyyən edildiyi üçün bundan sonra gündə 15, ayda 60 dəfə “kartdan karta” köçürmələr həyata keçirə biləcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram


 

Ən sərfəli krediti almaq üçün müraciət et