Artıq "TikTok" vasitəsilə iş tapmaq mümkün olacaq | Banco.az

Artıq "TikTok" vasitəsilə iş tapmaq mümkün olacaq

Tamara Mustafayeva, Banco.az

"Tiktok" istifadəçilərin "Chipotle", "Target" və "Shopify" kimi şirkətlərə video tərcümeyi-hal vasitəsilə birbaşa müraciət etmələrinə imkan yaradan "TikTok Resumes"ı sınaqdan keçirir. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət istifadəçilərin vakant iş yerlərinə müraciət etməsinə şərait yaradan pilot layihə üzrəində işləyir. Bununla da, platformadan karyera yönümlü videoların da yayımlanması üçün istifadə edən "TikTok" istifadəçiləri yüklədikləri videoların #TikTokResume həştəqindən istifadə etməklə potensial işəgötürənlərə çatmasına nail olacaqlar.

İstifadəçilər bu həştəqlə yayımlanan oxşar videoları izləyə biləcək və müvafiq tövsiyələr ala biləcəklər. 

Məsələ ilə bağlı açıqlama edən "TikTok" şirkətinin qlobal marketinq direktoru Nik Tran, "İş axtaranların təcrübə və bacarıqlarını yaradıcı və özünəməxsus tərzdə nümayiş etdirmələri üçün yeni yol açdığımız bu layihədə dünyanın böyük rəğbət görən markalarından bəziləri ilə əməkdaşlıq edirik. Bu təşəbbüsün platformada tərcümeyi-hal yaradılmasının mənimsənilməsi prosesini və bunun iş axtarma və tapma mərhələlərini yenidən formalaşdırmağa necə kömək edəcəyini görmək üçün can atırıq", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et