ARPA-da kadr dəyişikliyi olub | Banco.az

ARPA-da kadr dəyişikliyi olub

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İctimai Birliyində kadr dəyişikliyi olmuşdur. ARPA İctimai Birliyinin üzvlərinin iştirakı ilə keçirilən Ümumi Yığıncağın qərarına əsasən, fəaliyyətini başqa sahədə davam etdirmək niyyətində olan İdarə heyətinin sədri Əli Bayramov tutduğu vəzifəsindən azad edilmişdir. Ümumi Yığıncaq yekdil səs çoxluğu ilə Günay Şahbazovanın İdarə heyətinin sədri vəzifəsinə təyin edilməsi barədə müvafiq qərar qəbul etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək lazımdır ki, bank və maliyyə sektorunda iş təcrübəsinə malik olan Günay Şahbazova bu vaxtadək ARPA-nın İctimaiyyətlə Əlaqələr və Üzvlük üzrə meneceri vəzifəsində çalışmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et