"Apple Music" və "Apple TV+" ödənişləri ilk dəfə bahalaşıb | Banco.az

"Apple Music" və "Apple TV+" ödənişləri ilk dəfə bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Apple" ABŞ-da artan lisenziya xərclərini əsas gətirərək ilk dəfə olaraq "Apple Music və Apple TV+" xidmətlərinin qiymətlərini artırıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi "Apple" firması "Apple Music"in aylıq qiymətini 9,99 dollardan 10,99 dollara qaldıraraq onu "Spotify Technology" və "Amazon" xidmətlərindən daha bahalı edib.

“Apple TV+”nın qiymətini isə 4,99 dollardan 6,99 dollara çatdıran şirkət rəqibləri "Netflix" və "Warner Bros"dan daha aşağı qiymətə xidmət göstərməyə davam edəcək.

Şirkət həmçinin “Apple One” paketini 2 dollar artıraraq 16,95 dollara çatdırdığını açıqlayıb.

Xatırladaq ki, "Apple" firması son dövrlərdə şirkətin satışlarının demək olar ki, dörddə birini təşkil edən xidmətlərdən daha çox gəlir əldə etməyi hədəflədiyini elan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et