"Apple" artıq mobil cihazlarda öz ekranlarından istifadə edəcək | Banco.az

"Apple" artıq mobil cihazlarda öz ekranlarından istifadə edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” firması mobil cihazlarda öz fərdi displeylərindən istifadə etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple” firması Cənubi Koreyalı “Samsung” və “LG” firmaları kimi tərəfdaşlarından asılılığını azaltmaq məqsədilə 2024-cü ilə qədər mobil cihazlarda öz fərdi displeylərindən istifadə etməyə başlamağı və istehsal üçün daha intensiv şəkildə daxili komponentlər əldə etməyi planlaşdırır.

Mövzuya yaxın mənbələrdən əldə edilən məlumata görə, “Apple” gələn ilin sonuna qədər ən yüksək qiymətli “Apple Watch” məhsulunun ekranını dəyişdirərək bu prosesə başlamağı düşünür.

Bu xəbərdən sonra “LG Display” səhmləri 4,1 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, texnologiya nəhəngi daha əvvəl də Mac kompüterlərində “Intel” çiplərindən istifadə etməyi dayandırmış və öz istehsal etdiyi çiplərə keçmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et