Aparıcı investisiya bankı FED-in faiz dərəcələri proqnozunu artırıb | Banco.az

Aparıcı investisiya bankı FED-in faiz dərəcələri proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” FED-in gələcək pik faiz artımı ilə bağlı proqnozunu yuxarı çəkib.

Banco.az xəbər verir ki, ABŞ-ın aparıcı investisiya bankı “Goldman Sachs” FED-in ölkədə inflyasiyanı 2%-ə endirmə hədəfi üzrə gördüyü işlər çərçivəsində həyata keçirilən faiz artımlarından sonra federal faiz dəhlizinin yuxarı həddi üzrə əvvəlki proqnozunu nəzərdən keçirib.

Federal fond faizinin 2023-cü ilin may ayında pik həddə çatacağını proqnozlaşdıran “Goldman Sachs” FED-dən gözlədiyi faiz artımlarına 25 baza bəndi də əlavə edib və faiz dəhlizinin 5-5,25 səviyyəsində zirvəyə çatacağını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et