London biznes məktəbi 1900-ci illərdə fəaliyyət göstərən maliyyə bazarları ilə bağlı araşdırma aparıb. Məlum olub ki, 1900-cü illərdə aktivlərə 1 dollar belə sərmayə yatıran səhmdarlar ötən il üçün 4 min dollara yaxın vəsait əldə bilərdilər. Ümumilikdə inkişaf edən ölkələrdə isə bu göstərici 12 min dollara çata bilərdi. Araşdırma nəticəsində 1900-cü illərdə bazarının gəlirlərinin 3 dəfə çox olduğu bildirilir.
Photo: Andrew Harrer / Bloomberg
Analitiklərin dəqiq hesablamaları nəticəsində 1900-cü ildə aktivlərə sərf edilən 1 dollar hal-hazırda 11821 dollar gəlir cəlb edə biləcəyi barədə məlumat verilir. İnkişaf edən ölkələrdə isə investisiya gəlirləri daha az 3745 dollar təşkil edirdi.
Həmçinin oxu: Maliyyə bazarları ilə əlaqəli 10 maraqlı termin
İnkişaf edən bazarlarında 20-ci əsrin əvvəllərində göstəriciləri qənaət bəxşedici olsa da baş verən tarixi hadisələrin əks təsiri diqqətdən yayınmayıb (1917-ci ildə baş verən inqilab). Bütün baş verənlərə baxmayaraq bazarlar 1929-cu ili daha az itki ilə başa vurublar. 1930-cu ilin ortasından başlayaraq 1940-ci ilin ortalarına qədər olan müddətdə həm inkişaf etmiş, həm də inkişaf edən maliyyə bazarlarının gəlir göstəriciləri eynilik təşkil edir.
1945-1949-ci illər arasında inkişaf mərhələsində olan maliyyə bazarları üçün asan illər olmayıb. Yapon şirkət səhmlərinin ABŞ dollarına olan nisbətdə 98% itki verdiyi, Çin maliyyə birjalarının isə Kommunistik partiyanın gəlişindən sonra ümumiyyətlə bağlandığı bildirilir. Daha sonra ki, müddətdə inkişaf mərhələsində olan maliyyə bazarları gəlir göstəricilərini artsa da yenə də lazımi həddə gəlib çata bilməmişdir. Aktivlərə yatırılan 119 illik 1 ABŞ dollarının həcmi inkişaf edən bazarlarda 7,2 %, inkişaf etmiş bazarlarda isə 8,2 % təşkil edir.
Britaniyalı The Economist jurnalının mütəxəssisləri 2019-cu il üçün dünya iqtisadiyyatı inkişafı tempinin 2,9 %, 2020-ci il üçün isə 2,6% azalacağını bildirirlər.
Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Эксперты сравнили инвестиции 1900 года в развитые и развивающиеся рынки