AMFA üzvləri “Yaşıl Marafon” ağacəkmə aksiyasında iştirak edib | Banco.az

AMFA üzvləri “Yaşıl Marafon” ağacəkmə aksiyasında iştirak edib

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında iştirak edib.

Ümumilikdə maliyyə sektorunu təmsil edən Assosiasiyaların üzvlərinin təqdim etdiyi vəsait hesabına Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən 51.4 hektar ərazidə əkiləcək ağaclar üçün damcılı-suvarma sisteminin qurulması nəzərdə tutulur. Aksiya çərçivəsində AMFA-nın üzv təşkilatları olan Embafinans, FINCA Azerbaijan, Findev Credit, Finex Kredit BOKT ASC, TBC Kredit, Parabokt, Viator Microcredit Azerbaijan, İcraçı Kredit Agentliyi və AqrarKredit QSC də maliyyə dəstəyi ilə iştirak etmişdirlər.

Ən sərfəli kredit üçün müraciət et

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin azalması fonunda yarana biləcək təhlükələrin qarşısını almaq üçün ağacəkmə prosesini təşviq etməklə ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir.

Ən sərfəli krediti almaq üçün müraciət et