Amerikada özəl sektorda işləyənlərin sayı artıb | Banco.az

Amerikada özəl sektorda işləyənlərin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikanın özəl sektor məşğulluğu aprel ayında proqnozları üstələyib.

Banco.az xəbər verir ki, ADP-nin məlumatlarına görə, ABŞ-da özəl sektorda işləyənlərin sayı ötən ay 296 min nəfər artaraq proqnozları keçib. Ekspertlər 150 min nəfər artım gözləyirdilər.

Daha əvvəl açıqlanan digər bəzi iqtisadi göstəricilər ölkədə tənəzzülə işarə etsə də, özəl sektor məşğulluğu ilə bağlı sözügedən nəticələr əmək bazarının gücünü göstərir.

Qeyd edək ki, aprel ayında qeydə alınan 296 min nəfərlik məşğulluq artımı ötən 9 ayın ən yüksək artımı sayılır.

Sektorlar üzrə nəzər saldıqda isə görürük ki, sözügedən dövrdə əyləncə və yaşayış, təhsil və səhiyyə xidmətləri və tikinti sahələrində məşğulluğun artdığı müşahidə edilmişdir. İstehsal və maliyyə xidmətləri sektorlarında isə ixtisarlar qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et