"Amazon" tarixindəki ən böyük işçi ixtisarı üçün hərəkətə keçib | Banco.az

"Amazon" tarixindəki ən böyük işçi ixtisarı üçün hərəkətə keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” quruluşundan bəri həyata keçiriləcək ən böyük ixtisar planı üçün artıq ilk addımı atıb.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un Cihazlar və Xidmətlər üzrə Baş Vitse-prezidenti Deyv Limp işçilərə yazdığı məktubda işdən çıxarılacağı təsdiqlənmiş işçilərə şirkətdə başqa bir vəzifə tapmaq və ya ayrılmağı qəbul etmək üçün iki ay vaxt verildiyini bildirib.

O, həmçinin qeyd edib ki, işdən çıxarılma hadisəsindən əziyyət çəkənlərə dəstək göstərməyə də hazırdırlar.

Xatırladaq ki, dünya iqtisadi sferasında hökm sürən cari qeyri-müəyyənlik halı əksər tanınmış firmaların işçiləri ilə yollarını ayırmasına gətirib çıxarıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et