"Amazon" süni intellekt texnologiyasına külli miqdarda investisiya qoyuluşu həyata keçirib | Banco.az

"Amazon" süni intellekt texnologiyasına külli miqdarda investisiya qoyuluşu həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amazon süni intellekt şirkəti “Anthropic”ə 4 milyard dollar sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət və texnologiya şirkəti “Amazon” süni intellekt startapı “Anthropic”ə 4 milyard dollara qədər sərmayə qoyacağını açıqlayıb.

Əldə edilən razılaşmaya görə, “Amazon” əməkdaşları və bulud hesablama müştəriləri “Anthropic” texnologiyasına erkən giriş əldə edəcək və ondan öz bizneslərində istifadə edə biləcəklər.

San-Fransiskoda yerləşən “Anthropic” şirkəti “Amazon”dan alacağı böyük miqdarda fərdi mikroçiplərdə gələcək süni intellekt modellərini sınaqdan keçirmək də daxil olmaqla, ilk növbədə “Amazon”un bulud xidmətlərinə üstünlük verməyi öhdəsinə götürüb.

“Amazon”un bulud departamenti və 2Anthropic”in CEO-ları birgə müsahibələrində nağd şəkildə ediləcək investisiyanın ilk hissəsinin 1,25 milyard dollar olacağını və hər iki tərəfin “Amazon”dan əlavə 2,75 milyard dollar təmin etmək səlahiyyətinin olduğunu açıqlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et