“Amazon” satış portalı İsraildən daha bir startap alıb | Banco.az

“Amazon” satış portalı İsraildən daha bir startap alıb

ABŞ-ın “Amazon” online satış portalı bu il İsraildən sayca ikincisi olan “E8 Storage” startapını satın alıb.

Bu alış-verişin məbləği açıqlanmasa da, ekspertlər bunun dəyərini on milyonlarla dollar həcmində dəyərləndiriblər.

Zivan Ori və Aleks Fridman tərəfindən 2014-cü ildə təsis olunan və özəl “bulud” infrastrukturu yaratmaq məqsədi daşıyan, SSD əsaslı məlumat saxlama texnologiyaları hazırlayan “S8” ötən müddət ərzində sərmayəçilərdən 18 milyon dollar vəsait cəlb edib. Ən iri sərmayəçiləri “Accel”, “Vertex”, “Magma” fondlarıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin yanvar ayında “Amazon” İsraildən 200 milyon dollara “CloudEndure” startapını da alıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et