Amazon meşələrinə məxsus 20 milyon dollarlıq sərmayə ləğv edilə bilər - SƏBƏB | Banco.az

Amazon meşələrinə məxsus 20 milyon dollarlıq sərmayə ləğv edilə bilər - SƏBƏB

Amazon meşələrindəki yanğınla bağlı G7 zirvə konfransında vəd edilən 20 milyon dollarlıq sərmayə yatırımı ləğv oluna bilər.

Banco.az xəbər verir ki, son G7 Sammitinin əsas mövzularından biri Amazon meşələrində baş verən yanğınlarla bağlı idi. Yığıncaqda yanğınla bağlı tədbirlər müzakirə edilərək 20 milyon dollarlıq yardım edilməsi qərara alınmışdı. Lakin sonradan Braziliya Prezidenti Jair Bolsonaronun ofisindən verilən məlumata əsasən, təklifin rədd ediləcəyi qeyd olunur. Buna səbəb isə Fransa prezidentinin Braziliya rəsmisinə qarşı kobud ifadə səsləndirməsi olub. Bolsonaro ən son verdiyi açıqlamada Fransa prezidenti Emmanuel Macronun ona qarşı səsləndirdiyi “yalançı” sözünü geri çəkəcəyi təqdirdə bu məsələ haqqında yenidən düşünəcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç