"Amazon" da süni intellekt yarışına qoşulur | Banco.az

"Amazon" da süni intellekt yarışına qoşulur

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” müştərilərinin işini süni intellekt texnologiyası ilə asanlaşdırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un Veb Xidmətlər bölməsi (AWS) digər şirkətlərə öz çatbotlarını və süni intellektlə işləyən məhsul yaratma xidmətlərini inkişaf etdirməyə kömək etmək məqsədi daşıyan yeni texnologiyalar təqdim edib.

AWS-nin açıqlamasında süni intellekt (AI) və maşın öyrənməsinin 20 ildən artıqdır ki, “Amazon”un diqqət mərkəzində olduğu vurğulanaraq müştərilərinin öz bizneslərində məhsuldar süni intellektdən istifadə etmələrini asan və praktik edəcək yenilikləri bölüşüb.

Açıqlamada “OpenAI” tərəfindən hazırlanmış “ChatGPT”nin ilk diqqətəlayiq geniş məhsuldar süni intellekt təcrübəsi olduğunu xatırladaraq əsas modellərlə məhsuldar süni intellekt tətbiqetmələrinin qurulması və miqyasının artırılması yolu olan "Amazon Bedrock" və "Amazon Titan" modelləri təqdim edilib.

Bildirilib ki, “Bedrock” müştərilər üçün əsas modellərdən istifadə edərək məhsuldar süni intellektə əsaslanan proqramlar qurmaq və genişləndirmək üçün "ən asan yol"dur və tətbiq mətn və şəkillər üçün bir sıra güclü baza modellərinə daxil olmaq imkanı təklif edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada “Amazon”un yeni Titan baza modellərinin daha geniş istifadəyə verilməmişdən əvvəl bir neçə müştəri ilə sınaqdan keçiriləcəyi, ilkin olaraq iki Titan modelinin olacağı ifadə edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et