Altı bank filialı bağlanıb | Banco.az

Altı bank filialı bağlanıb

Bu ilin 2 ayı ərzində banklara məxsus 6 filial bağlanıb.

 Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya istinadən xəbər verilir ki, yanvar ayından martın 1-dək bankların ümumilikdə 6 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, fevralın sonunda bu göstərici 563-ə qədər azalıb.

Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, fevralda şöbələrin sayı 135-ə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son iki ayda ATM-lərin sayı 1 ədəd artaraq 2462-yə yüksəlib. 

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et