Almaniyanın fond birjası İsveçrəli şirkətin əksər səhmlərini satın aldı | Banco.az

Almaniyanın fond birjası İsveçrəli şirkətin əksər səhmlərini satın aldı

Tamara Mustafayeva, Banco.az

Almaniyanın "Deutsche Börse" fond birjası İsveçrəyə məxsus "Crypto Finance" adlı maliyyə texnologiyaları şirkətinin əksər səhmlərini satın alıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyanın tanınmış fond birjası "Deutsche Börse" rəqəmsal aktivlərlə bağlı xidmət dairəsini genişləndirmək məqsədilə mərkəzi İsveçrədə yerləşən "Crypto Finance" şirkətinin səhmlərinin üçdə iki hissəsini satın alıb.

Birjadan edilən açıqlamaya görə, İsveçrədə 2017-ci ildə əsası qoyulan və institusional və peşəkar investorlara 200-dən çox rəqəmsal aktiv üzrə sərmayə vasitələri təqdim edən "Crypto Finance" şirkətinin səhmlərinin böyük əksəriyyətinin satın alındığı elan edilib. Ancaq sözügedən satınalma prosesinin maliyyə məsələləri ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 55 işçisi olan "Crypto Finance" şirkəti institusional və peşəkar investorlar üçün rəqəmsal aktivlərin alqı-satqısı, saxlanması və investisiya qoyuluşunu təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et