Almaniyanın bu qışı keçirəcək qədər qaz ehtiyatına malik olduğu açıqlanıb | Banco.az

Almaniyanın bu qışı keçirəcək qədər qaz ehtiyatına malik olduğu açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya qışı keçirmək üçün kifayət qədər təbii qaz ehtiyatına malikdir.

Banco.az xəbər verir ki, Almaniyada Qaz Saxlama Sistemləri Operatorları Assosiasiyası (INES) hesabatında ölkənin bu qışı keçirmək üçün kifayət qədər təbii qaz ehtiyatına malik olduğunu açıqlayıb.

INES-in hesabatında deyilir ki, hətta Almaniyanı "ifrat" soyuq hava dalğası vursa belə, ölkənin bu qışdan çıxmaq üçün kifayət qədər qaz ehtiyatı var.

INES sədri Sebastyan Bleşke mövzu ilə bağlı verdiyi açıqlamada, "Artıq qaz qıtlığından qorxmaq üçün heç bir səbəb yoxdur. Mövcud qənaət tədbirləri davam edərsə, Almaniya qışı yaxşı keçirəcək", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et