Almaniyada sənaye istehsalı proqnozları üstələdi | Banco.az

Almaniyada sənaye istehsalı proqnozları üstələdi

Tamara Mustafayeva, Banco.az

Almaniyada sənaye istehsalı iyul ayında proqnozları üstələyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyada sənaye istehsalı təchizat çatışmazlığına baxmayaraq iyul ayında 1% artım göstərib.

Bloomberg nəşrinin anketində iştirak edən iqtisadçıların proqnozu isə 0,8% artım olacağını işarə edirdi. Ölkədə sənaye istehsalı illik əsasda isə 5,7% artıb ki, proqnozlar 5,1% idi.

Dünən açıqlanan göstəricilərə görə, zavod sifarişləri də iyul ayında 3,4% artıb ki, əslində azalma yaşanılacağı gözlənilirdi. 

Qeyd edək ki, proqnozları üstələyən müsbət nəticələrə baxmayaraq, xam maddə çatışmazlığı səbəbindən iqtisadi böyümənin ilin ikinci yarısında proqnozlardan zəif olacağı düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et