Almaniyada mənzillərin qiyməti kəskin aşağı düşüb | Banco.az

Almaniyada mənzillərin qiyməti kəskin aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada mənzillərin qiyməti 23 ilin minimumuna enib.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) mənzil qiymətləri ilə bağlı 2023-cü ilin ikinci rübünə dair məlumatları dərc edib.

Məlumatlar göstərir ki, ölkədə aprel-iyun ayları ərzində mənzillərin qiyməti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz aşağı düşüb.

Bununla da, müvafiq statistiki məlumatların toplanmağa başladığı 2000-ci ildən bəri ən kəskin geriləmə qeydə alınıb.

Bildirilinə görə, Berlin, Hamburq, Münhen, Köln, Frankfurt, Ştutqart və Düsseldorf şəhərlərində mənzillərin qiyməti 9,8 faiz, bağ evlərinin qiyməti isə 12,6 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Avropa Mərkəzi Bankı (ECB) yüksək inflyasiyaya qarşı faiz dərəcələrinin artırılması yolundan istifadə edir. Bu vəziyyət də tikinti və digər sektorlara investisiyaları bahalaşdıraraq iqtisadiyyatı ləngidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et