Almaniyada maşinistlər bu gün yenidən tətil edəcəklər | Banco.az

Almaniyada maşinistlər bu gün yenidən tətil edəcəklər

Müəllif:Mehin Qasımova/Banco.az

Almaniyada maşinistlər bu gün yenidən tətil edəcəklər.

Banco.az xəbər verir ki, Alman Maşınistlər İttifaqı (GDL) Alman Dəmir Yolları (Deutsche Bahn) ilə əmək haqqı və iş saatları ilə bağlı davam edən mübahisədə son 4 ayda 6-cı dəfə tətil etmək qərarına gəlib.

GDL tərəfindən edilən açıqlamaya görə, Alman Dəmir Yollarında çalışan sürücülər, işəgötürənləri inflyasiyaya qarşı daha yaxşı maaş verməyə məcbur etmək üçün 24 saatlıq xəbərdarlıq tətili keçirəcəklər.

Açıqlamaya görə, yük qatarlarında martın 11-də yerli vaxtla saat 18.00-da, sərnişin qatarlarında isə martın 12-də saat 02.00-da iş dayandırılacaq, tətil martın 13-ü saat 02.00-da başa çatacaq.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, tətildə növbəli iş saatlarının 35 saata endirilməsi tələb olunacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et