Almaniyada ixracın gələn il azalacağı gözlənilir | Banco.az

Almaniyada ixracın gələn il azalacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Gələn il Almaniyadan xaricə göndərilən məhsulların həcmində azalma olacaq.

Banco.az xəbər verir ki, Almaniya Sənaye və Ticarət Palataları Assosiasiyası (DIHK) 3100 alman şirkəti ilə qlobal biznesin perspektivinə dair aparılan sorğunun nəticələrini dərc edib.

Buna görə, xaricə satış həyata keçirən alman şirkətlərinin 47 faizi növbəti 12 ay ərzində ixrac bazarlarında iqtisadi fəaliyyət tempinin aşağı düşməsini gözləyir.

Sorğuda iştirak edən alman şirkətlərinin 40 faizi gələn il bizneslərinin daha yaxşı olacağını gözləyir, 42 faizi isə hazırkı biznes vəziyyətlərinin dəyişməyəcəyini düşünür.

DIHK qlobal iqtisadiyyatın artım sürətinin ləngiməsi səbəbindən gələn il Almaniyada ixracatın 2 faiz azalacağını gözləyir. Bu isə şirkət gəlirlərində 70 milyard avro azalma deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et