Almaniyada işgüzar sferanın iqtisadiyyata inamı azalmağa doğru gedir | Banco.az

Almaniyada işgüzar sferanın iqtisadiyyata inamı azalmağa doğru gedir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada işgüzar sferanın iqtisadiyyata inamı 5 aydır ki, azalmağa doğru gedir.

Banco.az xəbər verir ki, baş ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) təxminən 9 min şirkətin iştirakı ilə keçirilən Almaniya Biznes Sorğusunun sentyabr ayı nəticələrini dərc edib.

Buna görə, ölkədə ötən ay 85,8 punkt olan Ifo Biznes Mühit İnam İndeksi şirkət rəhbərlərinin gələcəklə bağlı gözləntilərinin pisləşməsi səbəbindən sentyabrda 85,7 punkta geriləyib. Bununla da, indeksdə geriləmə beşinci ayına keçib.

Bazar proqnozu indeksin 85,2 punktadək azalacağı istiqamətində idi.

Qeyd edək ki, sözügedən dövrdə Mövcud Vəziyyət İndeksi də 89-dan 88,7 punktadək azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Almaniya bu il daralma gözlənilən yeganə G7 ölkəsi olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et