Almaniyada investor inamı yaxşılaşmaqda davam edir | Banco.az

Almaniyada investor inamı yaxşılaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada investor inamı bərpasını beşinci ayda da davam etdirib.

Banco.az xəbər verir ki, inflyasiyanın zəifləməsi və dərin tənəzzüllə bağlı narahatlıqların azalması səbəbindən Almaniyada investor inamı fevral ayında da yaxşılaşmaqda davam edib.

Almaniyada ZEW inam indeksi fevralda 16,9-dan 28,1-ə yüksəlib. Bu, Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrdən bəri ən yüksək səviyyə kimi qeydə alınıb. “Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların orta hesablamaları 23 olub.

Cari şərtlər indeksi isə mənfi 58.6-dan mənfi 45.1-ə yüksəlib.

Qeyd edək ki, Ukraynadakı müharibə səbəbiylə Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada yaranan enerji böhranının təsirləri mülayim hava şəraiti ilə qismən az hiss olunmaqdadır. Bununla belə, ölkədə inflyasiya hələ də biznes və ev təsərrüfatları üçün narahatlıq doğurur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et