Almaniyada inflyasiya tempi zəifləyib | Banco.az

Almaniyada inflyasiya tempi zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük iqtisadiyyatında inflyasiya tempi mayda əhəmiyyətli dərəcədə zəifləyib.

Banco.az xəbər verir ki, Almaniya ötən ay inflyasiyanın sürətini itirdiyi Avrozona ölkələrindən biri olub.

Almaniya Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ölkədə aylıq inflyasiya aylıq 0,1 faiz təşkil edib ki, proqnozlar 0,2 faizi göstərirdi. Bu dövrdə illik inflyasiya isə 6,1 faizə geriləyib ki, bu baxımdan proqnozlar da 6,5 faiz təşkil edirdi. Xatırladaq ki, aprel ayında illik inflyasiya 7,2 faiz qeydə alınmışdı.

Yanacaq və ərzaq xərclərinin azalması inflyasiyanın sürət itirməsində əsas rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Avrozonanın inflyasiya göstəriciləri isə bu gün açıqlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et